• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evdə partlayış olub, xəsarət alanlar var

Bakıda evdə partlayış olub, xəsarət alanlar var
09.01.2023 10:09
Bakıda evdə partlayış olub, xəsarət alanlar var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bu gün 04:00 radələrində FHN-in "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol