Bakının istilik təchizatında yaranan problem bərpa olunub - YENİLƏNİB

Bakının Nizami rayonunda 17 binanın istilik təchizatında yaranmış problem aradan qalıdırılıb. Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
12:34
Bakının Nizami rayonunda yerləşən 17 binanın istilik təchizatında fasilə yaranıb. Bu barədə "Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.
"Bu gün səhər saat 6.00-dan 11.30-a qədər "Azəristiliktəchizat” ASC çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub. Müraciətlərin əksəriyyəti Nizami rayonu ərazisindən olub. Nizami rayonunda baş verən istilik xəttində axıntı nəticəsində 17 binanın istilik təchizatında fasilə yaranıb”, -Elvin Basqallı bildirib.
Onun sözlərinə görə, yaxın saatlarda həmin binalarda istilik bərpa olunacaq
Lida Abbaslı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























