“YAŞAT”a iki il ərzində 155 mindən çox zəng daxil olub

"YAŞAT” fonduna son iki il ərzində 155 mindən çox zəng, 28 minə yaxın müraciət daxil olub. Bu barədə ASAN xidmət mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bu dövr ərzində müraciət edənlərin 12 minə yaxını şəhid ailə üzvləri, 16 mindən çoxu isə qazi müraciətləri olub.
"YAŞAT" Fondunun yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzi 2021-ci il yanvarın 8-dən fəaliyyət göstərir. Çağrı Mərkəzinə zənglər ödənişsizdir.
"YAŞAT” fondu prezident İlham Əliyevin fərmanı ilə 2020-ci dekabrın 8-də yaradılıb. Fond ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək vermək məqsədi ilə yaradılıb.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib