• $
  • €
  • ₽
  • ₺
  • £

Son 1 ildə nə qədər vətəndaş həkim müayinəsində olub? - SORĞU

Son 1 ildə nə qədər vətəndaş həkim müayinəsində olub? - SORĞU
09.01.2023 14:02
Sosial Tədqiqat Mərkəzinin keçirdiyi sorğuda iştirak edən vətəndaşların 39.3%-i son üç ay, 15%-i son altı ayərzində həkim müayinəsində olduqlarını bildirib. Soruşulanların 13.9%-i isə  sonuncu dəfə həkimə nə zaman müraciət etdiyini xatırlamadıqlarını deyib. Bu barədə Sosial Tədqiqat Mərkəzi məlumat verir.
 
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlərin 44.7%-i, təqaüdçülərin 46.4%-i, özəl sektorda (muzdlu) çalışanların 31.6%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 31.8%-i son üç ayda həkim müayinəsindən keçdklərini deyiblər. 

Sorğu ümumilikdə 384 vətəndaş arasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. 

Dünya Səhiyyə Təşkilatının 2022-ci il üzrə məlumatlarına görə, dünya əhalisinin 30%-i üçün ilkin səhiyyə xidmətləri hələ də əlçatan deyil. Həmçinin dünya əhalisinin 25%-dən çoxu yoxsullaşdırıcı, ağır səhiyyə xərcləri ilə üz-üzədir.

Azərbaycanda 1 aprel 2021-ci il tarixindən etibarən bütün vətəndaşlar tibbi sığorta üzrə xidmətlərdən tam ödənişsiz istifadə edə bilir. 
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2022-ci ilin yanvar-noyabr ayları üzrə məlumatlarına əsasən, bu dövr ərzində dövlət tibb müəssisələrinə 4 milyon 350 min nəfərdən çox şəxs müraciət edib. Səhiyyə sahəsinə qanunvericilik aktlarına görə, təhsil alanlar, hərbi qulluqçular, eləcə də əmək fəaliyyəti ilə məşğul olanlar işə qəbul edilərkən və sonrakı dövrdə məcburi dövri tibbi müayinədən keçirilir.

Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol