• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL martda Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirəcək

AZAL martda Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirəcək
09.01.2023 15:51
Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında "Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında - www.azal.az tanış ola bilərsiniz. Reyslərə aviabiletləri "Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcəkdir.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.azal.az/az/information/covid-azerbaijan.


Hal-hazırda AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways” aviaşirkəti həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol