Son bir gündə qar səbəbindən 11 yol qəzası baş verib - ÖLƏN VAR

Azərbaycanda son 24 saat ərzində ölkə daxilində 15 yol-nəqliyyat hadisəsi baş verib ki, bunun da 11-i yerin buz bağlaması səbəbindən olub. Bu barədə Baş Dövlət Yol Polisi məlumat verib.
Yolun üstünün buz bağlaması səbəbindən baş verən qəzalarda 3 nəfər həyatını itirib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda isə son bir gün ərzində 35 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda heç bir ölüm və xəsarət alma qeydə alınmayıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 9-dan 12-dək avtomobil yolları buz bağlayacaq.
Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























