Beynəlxalq Qızıl Xaç Komitəsi Bakıdakı erməni əsirlərlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bakıda saxlanılan erməni əsirlərinə növbəti dəfə baş çəkib. Bu barədə Ermənistan mətbuatı yazıb.
BQXK-nın Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, məhbuslarla telefon əlaqəsi qurulub.
"Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də məhbuslara telefon əlaqısi qurmaq və video mesajlar göndərmək üçün şərait yaradılıb ki, bu da bizim müntəzəm fəaliyyətlərimizdən biridir” , - Zara Amatuni Ermənistan mediasına müsahibəsində deyib.
2022-ci ilin sentyabrında Ermənistanın ombudsmanı Kristine Qriqoryan bildirib ki, rəsmi Bakı Azərbaycanda 38 erməni əsirinin saxlanıldığını təsdiqləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























