• $
  • €
  • ₽
  • ₺
  • £

“Gender bərabərliyi” üzrə yeni dərs vəsaiti çap edilib

“Gender bərabərliyi” üzrə yeni dərs vəsaiti çap edilib
10.01.2023 23:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti ilə birgə "Gender bərabərliyi” adlı dərs vəsait hazırlayıb.

Elmi vəsait BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 1-2-ci, 7-8-ci, 10-cu maddələrinin, Avropa Şurasının Gender bərabərliyi üzrə Strategiyasının (2018-2023-cü illər) 3, 4 və 6-cı strateji məqsədlərinin və Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunun icrasına yönəlib.

Yeni dərs vəsaitində gender bərabərliyi anlayışı, onun yaranma tarixi və təmin edilməsi, cinsi ayrı-seçkilik, gender stereotiplərinin yaranması və onunla mübarizə üsulları sahəsində beynəlxalq müqavilələr və milli qanunvericilik, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi və digər mövzular əhatə edilib.

Nəşrdə, həmçinin iqlim dəyişikliyinin və COVİD-19 virusunun gender bərabərliyinin təmin edilməsinə, eləcə də ətraf mühitin ailəyə və cinsi nisbətə təsiri kimi yeni və maraqlı mövzuların əhatə edilməsi bu dərs vəsaitinin geniş şəkildə istifadəsinə şərait yaratmaqla, ölkədə insan hüquq və azadlıqlarının təbliğinə öz layiqli töhfəsini verəcək.

Dərs vəsaiti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir.

Vəsait əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından gender bərabərliyi sahəsində ali təhsil ocaqlarının tələbələri, dövlət qulluqçuları, bələdiyyələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol