• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda jurnalistlərin aldığı maaşlar açıqlanıb

Azərbaycanda jurnalistlərin aldığı maaşlar açıqlanıb
10.01.2023 16:07
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2022-ci il üzrə sosial durumları və media məkanında iz qoymuş hadisələrə dair yekun hesabatını açıqlayıb.

JuHİ sədri Müşfiq Ələsgərli  bildirib ki, hesabat 70 KIV redaksiyasını təmsil edən jurnalistlər arasında keçirilmiş sorğu, həmçinin, 2022-ci il ərzində təşkilat tərəfindən aparılmış monitorinqin nəticələri əsasında hazırlanıb.
 
Hesabata görə, 2022-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Sorğuya cəlb edilənlərin 90%-dən çoxu bildirib ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır.

Hesabatda bildirilb ki, 2022-ci ildə müşahidə edilən hal ondan ibarətdir ki, jurnalistlərin aylıq gəlirləri Azərbaycanda ümumi orta aylıq gəlirə müvafiqdir və ya üstündür.
Rəyi soruşulanların:
•    18 faizi aylıq gəlirlərinin  300-500  manat;  
•    27 faizi aylıq gəlirlərinin  500-700  manat;
•    49 faizi aylıq gəlirlərinin  700-1000  manat;
•     6  faizi aylıq gəlirlərinin  1000  manatdan yüksək olduğunu bildiriblər.

Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb. 

Media sahəsində 2022-ci ildə bir sıra diqqət çəkən hadisə və tendensiyalar olub.

• 2022-ci il fevralın 8-dən "Media haqqında” qanun qüvvəyə minib. Bu kontekstdə ölkədə KİV subyektləri və jurnalistlərin Media Reyestrinə alınmasına start verilib. Reyestrə alınmış KİV subyektlərinə arayış, jurnalistlərə isə "jurnalist vəsiqəsi” verilir. 
Prezident İlham Əliyev "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan və ən azı 15 il jurnalist işləyən, Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.

• 2022-ci ildə Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni üzvləri, o cümlədən, qurmun yeni sədri seçilib.
• Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb. Aytən Məmmədovanı yaşadığı binanın blokunda saxlayıb bıçaqla təhdid edən şəxs ondan məhkəmə reportajlarını dayandırmağı tələb edib və hadisə yerindən qaçıb.

- Bloger / jurnalist  Əvəz Hafizli (Şıxməmmədov) məişət zəminində baş vermiş mübahisə zəminində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib.
- Məhkəmə "Meydan TV”nin reportyoru jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyub. Vaqifqızı bildirib ki, Bakı şəhərindəki 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.

- "Cenub.az” internet saytının rəhbəri Zahir Əmənov fəaliyyəti ilə əlaqədar müvəqqəti saxlanılıb, sonra azadlığa buraxılıb.

- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə "Baku TV”nin əməkdaşı arasında yaşanmış insident ciddi rezonans doğurub.

• KİV-dən sui-istifadə hallarına yol verməkdə, informasiya dövriyyəsini tənzimləyən qanunlara zidd davranmaqda təqsirli bilinən bir sıra şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2022-ci ildə barələrində hüquqi ölçü götürülən KİV və jurnalistlərin, xəbər istehsalçılarının sırasında "Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov, "Patrul.az” xəbər portalının təsisçisi Səməndər Niftəliyev, "KİM.TV”-nin təmsilçisi Abid Qafarov, "Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev), JAM.az saytının  rəhbəri Fikrət Fərəməzoğlu, "Yeniavaz.az” saytının təsisçisi Namiq Əliyev, "Xural” TV-nin təsisçisi  Əvəz Zeynallı, "Xalq.az" saytlının rəhbəri Zaur Mirzəzadə, "Sizintv.az” saytının rəhbəri Bayram Hacıyev, "Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov, "Cenubunsesi.az" saytının rəhbəri Mərhəmət Lələyev və digərləri vardır.

• Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2022-ci ildə sərbəst buraxılıblar. Prezident İlham Əliyevin  imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncama əsasən, həbsdən azad edilənlər sırasında "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov da olub.

• Özünü dini təmayüllü xəbərlər yayan sayt elan edən, buna rəğmən, ictimai rəyi çaşdırmaqda şübhəli bilinən bir sıra xəbər saytlarının  fəaliyyətləri dayandırılıb. Bu sırada maide.az, deyerler.az, shia.az, islaminsesi.az və digər saytların adları var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol