• $
  • €
  • ₽
  • ₺
  • £

"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
10.01.2023 17:36
Bakının Qaradağ rayonunda yerləşən "Sədərək” Ticarət Mərkəzinin "Şirniyyat” adlanan ərazisində baş verən yanğın nəticəsində təxminən 20 obyektə ciddi ziyan deyib, bəzi obyektlər isə tamamilə yararsız vəziyyətdədir.

Sahibkarlar onlara külli miqdarda ziyan dəydiyini qeyd edirlər, lakin sığorta şirkətlərinin onların mağazalarındakı malları sığortalanmasından imtina etdikləri üçün sahibkarların vəziyyətini çətinləşdirir. Sahibkarlardan birinin sözlərinə görə, yanğın zamanı onun 82 min manatlıq malı yanıb. O qeyd edib ki, hazırda banka 200 min manat borcu var və aylıq 14 min manat ödəniş edir.

Digər sahibkar isə mağazasının 30 kvadradmetr olduğunu, 60-65 min manat civarında malının yandığını və nə mağazasını, nə də mallarını sığortalaya bilmədiyini vurğulayıb.

Sığorta şirkətlərinin ticarət mərkəzində yerləşən obyektləri və sahibkarların məhsullarını sığortalamamasının səbəblərini araşdırılıb.

Mövzu ilə bağlı açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirib ki, "Sədərək" Ticarət Mərkəzindəki obyektlərin sığortalanmamasının səbəbi orada yanğın təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.
Ekspert qeyd edib ki, sığorta şirkətləri əmlakları sığorta edən zaman yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tələb edir və bazarda yerləşən obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı problemlər olduğu üçün bu proses həyata keçirilmir:
"Bazarda daşınmaz əmlakla yanaşı mağaza daxilində olan, satış məqsədi ilə yığılan malların sığortalanmasında da problemlər yaranır. Bunun səbəbi sahibkarların malları gətirən zaman gömrük bəyannamələrinin olmamasıdır. Sahibkarlar mağazalarına milyon manatlıq zərərin dəydiyini iddia etsələr də, gömrük bəyannamələrində bu məbləğ aşağı göstərilir".

Ekspert sığorta probleminin həlli yolunun biri kimi sahibkarların gömrük bəyannamələrinin şəffaflaşdırmasında görür:

"Fövqəladə Hallar Nazirliyi (FHN) "Sədərək" Ticarət Mərkəzində yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı ciddi tədbirlər görməlidir ki, sığorta şirkətləri orada sığortalanmanı həyata keçirə bilsinlər".

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA)  bildirilib ki, "Sədərək” Ticarət Mərkəzində baş verən yanğın sığorta hadisəsi hesab olunur:
"Lakin təəssüflə bildirmək istəyirik ki, ASA olaraq əldə etdiyimiz ilkin məlumata görə, bu yanğın hadisəsində zərər çəkmiş obyektlərin əksəriyyətinin sığortası olmayıb və bununla bağlı araşdırmalarımız davam edir. Nəticə etibarilə dəymiş zərəri sığorta olunmamış obyektlərin sahibləri qarşılayacaqlar. Əgər o obyektlərin sığortası olsaydı, həmin obyektlərin sahibləri zərərlərini sığorta vasitəsilə qarşılaya biləcəkdilər".

Bu ticarət mərkəzindəki obyektlərin sığortasının olmaması məsələsinə münasibət bildirərkən assosiasiya qeyd edib ki, qəbul olunmuş sığorta qaydalarına əsasən hər hansı daşınar və daşınmaz əmlakın sığortalanması üçün həmin sığorta predmetlərinin təhlükəsizlik qaydalarına riayət etməsi tələb olunur
Azərbaycan Sığortaçılar Assosiasiyası vurğulayıb ki, adı çəkilən ticarət mərkəzində əmlak sığortası ilə bağlı tələb olunan qaydalar nəzərə alınarsa orada yerləşən əmlaklar sığortalana bilər.

"Sədərək” Ticarət Mərkəzindən bildirilib ki, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək: "Digər maddi yardımlar da nəzərdə tutulur. Həmçinin sahibkarlara uzun müddət icarə haqqı məsələsində də güzəşt olunacaq".

Yanğın nəticəsində ümumi sahəsi, təxminən,10 ha olan "Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən "Şirniyyat” bazarında ümumi sahəsi 1 700 m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.("Report”)
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol