• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda azyaşlıya narkotik satan şəxs tutuldu

Lənkəranda azyaşlıya narkotik satan şəxs tutuldu
11.01.2023 09:30
Lənkəranda azyaşlıya narkotik satan şəxs tutulub.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəran Şəhər RPŞ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan bir nəfər azyaşlı saxlanılıb və ondan marixuana aşkarlanıb. Onun narkotik vasitəni rayonun Nərimanabad qəsəbəsinin sakini olan Möhübbət Quluzadədən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan M.Quluzadənin üzərindən marixuana götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxsin narkotik vasitəni Nərimanabad qəsəbə sakini Habil Baxşiyevdən əldə etdiyi müəyyən edilib. H.Baxşiyevin üzərindən və dəniz kənarındakı yarımçıq tikilidə gizlətdiyi yerdən 8 kiloqram 910 qram heroin və 2 kiloqram 100 qram marixuana aşkarlanıb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.

Son 10 gün ərzində Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol