• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana külli miqdarda narkotik keçirən mütəşəkkil dəstənin daha bir üzvü saxlanılıb

Azərbaycana külli miqdarda narkotik keçirən mütəşəkkil dəstənin daha bir üzvü saxlanılıb
11.01.2023 19:30
Mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək qanunsuz yollarla ölkə ərazisinə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir xüsusi əməliyyat nəticəsində kəskin hava və relyef şəraitindən istifadə etməklə ölkə ərazisinə qeyri-leqal yollarla külli miqdarda narkotik vasitə keçirən mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü saxlanılıb.


Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb.


Onun sərnişin kimi əyləşdiyi avtomobidən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Aparılan arşadırmalarla müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol