• $
  • €
  • ₽
  • ₺
  • £

Tualet problemini ictimailəşdirən müəllimin yeni videosu yayılıb - VİDEO

Tualet problemini ictimailəşdirən müəllimin yeni videosu yayılıb - VİDEO
11.01.2023 17:58
İmişlinin Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbində tualet problemini ictimailəşdirən müəllim ona dəstək olan dəstəkçilərinə müraciət edərək onunla bağlı paylaşımlara ara verilməsini xahiş edib. Bu barədə Leyla Nəcəfquliyeva sosiaı şəbəkəə hesabında video paylaşım edib.
 
"Çox xahiş edirəm, aksiyanı dayandırın. Dayandırmasanız, birazdan məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər. Hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Mən özümdən qorxmuram, artıq özümü saxlaya bilmirəm. Mən indi məktəbə necə gedəcəm? Bilmirəm. Yazın ki, Leyla müəllimə işdən azad edilsin”, -müəllim bildirib.
 
Yanvarın 8-də İmişlinin 1 saylı məktəbində Leyla Nəcəfquliyeva adlı müəllim ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəyib. Səbəb kimi dərs dediyi şagirdlərdən birinin tualet növbəsinə çata bilmədiyi üçün təbii ehtiyacını ödəyə bilməməsi ilə əlaqələndirib. 
 
Daha sonra sosial şəbəkədə həmin müəllimin töhmət alması ilə bağlı xəbərlər yayıldı və bu birmənalı qarşılanmadı.
 
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilir ki, İmişli rayonu Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var. Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq. 

Həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib. 

2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. 
 
Sözügedən videonu diqqətinizə çatdırırıq:

 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol