2022-ci ilin dekabrında məişət zorakılığı törədənlərin sayı açıqlanıb

Azərbaycanda 2022- ci ilin dekabrında 55 nəfər məişət zorakılığı törədib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Zorakılıq törədənlərdən 45 nəfəri kişi, 10 nəfəri isə qadın olub.
Müraciətlərin 55-i psixoloji, 26-sı isə fiziki zorakılıqla bağlı olub.
Human Rights Watch təşkilatının hesabatına görə, Azəbaycanda öncəki iki il ərzində qadınlara qarşı 14 975 cinayət faktı qeydə alınıb.
O cümlədən, qadınlara qarşı zorakılıqla bağlı 6091 iş (2019-cu ildə - 2269, 2020-ci ildə - 2067 və 2021-ci ilin ilk 9 ayında - 1755 hal qeydə alınıb) açılıb, 6 834 cinayətkar mühakimə olunub (2019-cu ildə - 2 480, 2020-ci ildə - 2414, 2021-ci ilin yanvar-sentyabrında- 1940).
Ümumilikdə, ölkədə qısqanclıq, ailə münaqişəsi və digər məişət problemləri səbəbindən 2955 cinayət törədilib (2019-cu ildə - 1026, 2020-ci ildə - 973 və 2021-ci ilin yanvar-sentyabrında - 956).
Amnesty International təşkilatı da 2022-ci ilin noyabrında CESCR qadınlara qarşı gender əsaslı zorakılığın yüksək halları və xüsusilə də məişət zorakılığı ilə bağlı hesabatlarında çox aşağı nisbəti və sağ qalanlar üçün sığınacaqların və dəstək xidmətlərinin məhdud olması ilə bağlı narahatlığını qeyd edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























