Tofiq Yaqublu qızı ilə görüşüb

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi xəstəxanada atası ilə görüşüb. Bu barədə o "Facebook" hesabında yazıb.
"İndicə atamla görüşdüm. Dəhşətli dərəcədə arıqlayıb. Sümükləri görünür. Bənizi çox solğun və halsız idi. Oturub-duranda başı gicəllənir. Durumu sabit ağır olaraq qalır. Bildirdi ki, sistem köçürməyə icazə verməyəcəm və aclığı davam etdirəcəm",- Nigar Həzi yazıb.
Nigar Həzi həkim Adil Qeybullanın bu gün də Tofiq Yaqublu ilə görüşdüyünü bildirib.
Yanvarın 5-də Tofiq Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan sonra, həyat yoldaşı Maya Yaqublu da ona dəstək məqsədi ilə yanvarın 7-dən ona qoşulub.
Yaqubluya dəstək olmaq məqsədi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 8 üzvü də aclıq aksiyasına başlayıb.
Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























