• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilən ərazilərdə inşa edilən məktəblərlə bağlı son vəziyyət açıqlanıb

İşğaldan azad edilən ərazilərdə inşa edilən məktəblərlə bağlı son vəziyyət açıqlanıb
12.01.2023 14:42
İşğaldan azad edilən ərazilərdə inşa edilən və tikintisi planlaşdırılan məktəblərlə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev məlumat verib.

Ötən il Tərtər rayonunun Suqovuşan qəsəbə məktəbinin əsaslı təmir edildiyini xatırladan rəis müavini bildirib ki, həmin təhsil müəssisəsi istismara verilməsə də, açılışa hazırdır.

Fərhan Əliyev hazırda Şuşada 960 yerlik 1 nömrəli və Ağdam şəhərində 960 yerlik 1 nömrəli məktəblərin tikildiyini söyləyib. Bildirib ki, hər iki təhsil müəssisəsinin bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur.

Rəis müavini deyib ki, bundan əlavə, Özbəkistan hökuməti tərəfindən Füzulidə 960 yerlik məktəb tikilir. Bir də Cəbrayılda yerli sponsorun təşəbbüsü ilə 960 yerlik məktəb inşa olunur. O, Füzulidə tikilən məktəbin də bu ilin sentyabrında təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Füzuli Peşə məktəbinin, Kəlbəcərdə 960 yerlik məktəbin, Zəngilanda 960 yerlik məktəbin, Şuşa Realnı məktəbinin layihələndirmə işləri aparılır: "Bir də Laçında 2 nömrəli və Zabux-Laçın məktəbinin əsaslı təmirinə başlanılıb. Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulur".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol