Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda 900-ə yaxın qəzalı və yararsız vəziyyətdə olan məktəb var. Bunu Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
O bildirib ki, açıqlanan rəqəmə bağçalar daxil deyil.
Nazir rəsmisi bütün məktəblərdə monitorinq aparıldığını bildirib.
Daha əvvəl Təhsil Naziri Azərbaycanda 4 məktəbdən 3-ü və ya təhsil müəssisələrinin 75-80 faizi tədrisə yararlı vəziyyətdə olduğunu bildirib.
O qeyd edib ki, qəzalı məktəblər tədricən təmir olunur və ya yeniləri ilə əvəzlənir.
"Ümumilikdə 3500 məktəbdə vəziyyət yaxşıdır. Qəzalı məktəblərimiz var, biz bunu bilirik. 900 belə məktəbi eyni anda tikib təhvil vermək çətindir. Hər il təxminən 70-80 məktəbi təmir edirik. Təmir etdikcə digər məktəblər də sıradan çıxa bilər. Hansısa məktəbin damında uçuq olanda və ya hansısa problem yarananda çalışırıq dərhal reaksiya verək”, - nazir deyib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib