• $
  • €
  • ₽
  • ₺
  • £

Ailəsi tapılmadığı üçün nəşi 5 ay morqda qalan şəhidin anası tapılıb

Ailəsi tapılmadığı üçün nəşi 5 ay morqda qalan şəhidin anası tapılıb
12.01.2023 15:35
Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası olduğunu bildirən qadın ortaya çıxıb.

Bu barədə şəhid Vüsal Məmmədovun qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Əmrah Rajapov ailəsinin tapılmaması səbəbindən 5 ay morqda qalıb. Yaxın qohumları, ailəsi tapılmadığına görə, DNT testi verilməyib. Buna görə də, kimsəsiz kimi dəfn edilib.

"Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib və Goranboyda yaşayıblar. Bir müddət sonra isə ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutub, onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib”.

Elyar İslamoğlunun sözlərinə görə, anası bir müddət işləyib uşaqlarına pul göndərib. Bir müddət sonra isə əlaqələri kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib və orada böyüyüb.

"Gövhərcan Rajapova deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədi yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı "TikTok"dan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna görə indiyədək Azərbaycana gələ bilməyib”.

Əmrah Rajapov 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. O,  Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb və Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezidentin sərəncamı ilə "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol