• $
  • €
  • ₽
  • ₺
  • £

3 nəfəri narkokuryerliyə cəlb edən şəxs saxlanıldı

3 nəfəri narkokuryerliyə cəlb edən şəxs saxlanıldı
12.01.2023 21:00
Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altənda taksi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıblar.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlmat verilib.
 
Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birindən şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.
 
Araşdırmalar zamanı adları çəkilən 3 nəfərin narkokuryerliyə cəlb edildikləri və bunun müqabilində onlara ödənişsiz narkotik vasitələr verildiyi müəyyən edilib. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı onlara narkotik vasitələr təklif edən – Ülvi Tağıyev da tutularaq istintaqa cəlb olunub. Ondan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin və metamfetanmin aşkar olunub. Ülvi Tağıyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu "Adəm” adlı xarici ölkə vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
 
Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrin satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq yaşayış yerini dəyişib və əsasən paytaxt ərazisində yerləşən hotellərdə gecələyib.
 
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə də saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib.
 
Faktlarla bağlı əməliyyatlar-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol