Baş nazir qərar imzalayıb

Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçiriləcək.
İndiyə qədər Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində — adyunktura) yolu ilə həyata keçirilirdi.
Qərara əsasən, adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı aşağıdakı kimi olacaq:
- Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.
- Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da şamil edilir.
- Adyunkturaya qəbul "Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
- Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- "Fəlsəfə doktoru” və "Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























