• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib

MEDİA 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib
12.01.2023 17:43
Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. 


Konfransda Əhməd İsmayılov 2022-ci ildə görülən işlər barədə məlumat verib. Bildirib ki, "Media haqqında” Qanun 8 fevral tarixində təsdiqlənib, MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb, qəzet, xəbər saytı və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb.


"Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub”- deyə İcraçı direktor vurğulayıb.


Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə "E-köşk” qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, həmçinin Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması "Metrix” proqramı istifadəyə verilib. 


Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib, Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub.


Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirakı ilə Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forum keçirilib.


Əhməd İsmayılov bildirib ki, MEDİA Agentliyində 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.


Daha sonra konfransda MEDİA-nın İcraçı direktoru jurnalistləri maraqlandıran sualları cavablandırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol