• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun gəmilərində Heydər Əliyevin güşələri yaradılacaq

Mübariz Mənsimovun gəmilərində Heydər Əliyevin güşələri yaradılacaq
13.01.2023 09:58
"Palmali Holding" şirkətinə məxsus bütün gəmilərə Azərbaycanın eks prezidenti Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə guşələri vurulacaq. Bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva anews.az-a açıqlamasında bildirib. 
 
Bildirib ki, bu qərar iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun təlimatı əsasında qəbul olunub. 
 
"Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizlə yanaşı, müasir Azərbaycanın banisi,  ölkəmiz inkişafı üçün müstəsna xidmətləri olan dahi liderin xatirəsini  əziz tutmaq bizim üçün şərəfdir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirib. "Palmali" ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və vurğulayırıq. Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı, Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri bütün gəmilərimizi bəzəyir" - mətbuat katibi deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev" ili elan edilib. Bu məqsədlə Azərbaycanda bir sıra tədbirlər planı hazırlanıb. 

"Palmali Holdinq"in rəhbəri Mübariz Mənsimovun təşəbbüsü ilə Türkiyədə təhsil akan azərbaycanlı tələbələr üçün "Heydər Əliyev" təqaüdü təsis edilib. Təqaüd həmçinin Mübariz Gurbanoğlu Yardımlaşma Vakfının dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol