Bəsitçay və Həkəri çaylarına 800 mindıən çox balıq körpələri buraxılıb

2022-ci ildə Azərbaycanın işğaldan azad edilmiş Qubadlı və Füzuli rayonları ərazisindən keçən Bəsitçay və Həkəri çaylarına 809 mindən artıq balıq körpəsi buraxılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 2022-ci ilin hesabatına dair mətbuat konfransında deyib.
www.anews.az
2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə çaylara, ümumilikdə, 6 milyon 580 min balıq buraxılıb. Bu işlər Böyük Qayıdış planı çərçivəsində aparılır və nəsli kəsilməkdə olan balıqların təbii artımı üçün nəzərdə tutulub. Qubadlıda farel, Füzulidə su amuru və sazan balıqlarının balaları çaylara buraxılıb.
2021-ci ildə Qubadlı rayonundakı çaylara 1 000 ədəd, Füzuli rayonunun "Köndələnçay-1 su anbarı"na 1500 ədəd balıq körpəsi buraxılıb.
Lida Abbaslı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























