Xəzər sahillərində suitilərin kütləvi ölümləri araşdırılır- ETSN

Xəzər dənizində suitilərin kütləvi ölümünün zəhərlənmədən olduğu ehtimal olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 2022-ci ilin hesabatına dair mətbuat konfransında deyib.
"Suitilərin ölümü Azərbaycandan başqa 20 gün öncə Rusiyada da müşahidə olunmuşdu. Görüntülərə görə, ölümlər zəhərlənmədən baş verib. Qida Təhlükəsizliyi Agentliyi məsləni araşdırır", - Xidmət rəisi deyib.
2022-ci il dekabrın 8-də Xəzər sahillərində kütləvi şəkildə suiti cəsədləri aşkarlanıb. belə ki, sahildə 2500 baş ölü suiti müəyyən edilib.
Yerli ekoloji mərkəzin məlumatına görə, bu regionda Xəzər suitilərinin sayı 70 min başdan çox deyil.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























