Azərbaycana hibrid avtombillərin idxalı 2 dəfəyə yaxın artıb - ETSN

Azərbaycana gətirilən hibrid avtomobillərin sayı 2022-ci ildə 2021-ci illə müqayisədə 5879 ədəddən 10 min ədədə kimi artıb. Bu müddət ərzind ölkəyə həmçinin 409 elektromobil də gətrilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin rəisi Rasim Səttarzadə 2022-ci ilin hesabatına dair mətbuat konfransında deyib.
"Azərbaycanda ötən ilin statistikasına görə, 1 milyon 666 min avtomobil qeydiyatda olub. Onlardan 1 milyon 250 mini Bakı qeydiyyatındandır. Avtomobillərin köhnə olması atmosferi çirkləndirən əsas səbəblərdəndir. Çirkliliyin aradan qaldırılması üçün ölkəyə 409 elektromobil, 10 000 hibrid avtomobil idxal edilib”, -Rasim Səttarzadə bildirib.
Ümumilikdə, 2018-ci ildən bəri ölkəyə gətirilən hibrid avtomobillərin sayı 40 dəfədən çox artıb. Hibrid avtomobillərin idxalının artımı ekoloji çirkliliyin qarşısının alınması məqsədi daşıyır.
Lida
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























