• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrin də təqaüdləri artırıldı - Siyahı

Tələbələrin də təqaüdləri artırıldı - Siyahı
13.01.2023 10:57
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılıb.

Bununla bağlı PRezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.


Dövlət başçısının digər Fərmanı ilə Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:


Doktorantura pilləsi üzrə:


elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;


fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.


Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:


Magistratura səviyyəsi üzrə:


akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;


akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;


akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;


Bakalavriat səviyyəsi üzrə:


akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;


akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;


akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.


Orta ixtisas təhsili müəssisələrində:


akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;


akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;


akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.


Peşə təhsili müəssisələrində:


akademik göstəriciləri "5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;


akademik göstəriciləri "4” və "5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;


akademik göstəriciləri "3”–"5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol