• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Uşaq Qaynar Xətti” ötən il ərzində 5 mindən çox uşağa dəstək olub

“Azərbaycan Uşaq Qaynar Xətti” ötən il ərzində 5 mindən çox uşağa dəstək olub
13.01.2023 14:06
24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyə ehtiyacı olan uşaq və valideynlərə açıqdır
 
"Azercell Telekom” MMC-nin, UNICEF Azərbaycanın və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideyn müraciət edir. Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onların problemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz- 7/24 rejimində xidmət göstərir. 
 
2022-ci il ərzində Uşaq Qaynar Xəttinə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaq zorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdən fərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydə alınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasında internetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan "Azercell Telekom” MMC internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdən qorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayıraraq silsiləvi tədbirlər təşkil etməyi qərara alıb.


Zənglərin ümumi təsnifatına gəldikdə, Qaynar Xəttə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil, 14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatə dairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri ilə yanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxil olub. 

Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.  19 ailəyə və 8 təhsil ocağına təcili-təxirəsalınmaz səfərlər təşkil olunub. 

"Uşaq Qaynar xətti”nə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, "Facebook” və "Instaqram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol