• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya İqtisadi Forumu bu gündən başlayır

Dünya İqtisadi Forumu bu gündən başlayır
16.01.2023 11:20
Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (DİF) keçiriləcək. Forumda 100-dən çox ölkənin nümayəndələri, o cümlədən 50-dən çox dövlət və hökumət başçıları dünyanın üzləşdiyi ərzaq, enerji və digər böhranların həlli yollarını müzakirə edəcək.
 
Davos forumu 53-cü illik toplantısında "Parçalanmış dünyada əməkdaşlıq" mövzusunda birləşir. Rusiya bu forumda iştirak etməkdən imtina edib.
 
DİF-in icraçı sədri Klaus Şvab forumdan əvvəl keçirilən mətbuat konfransında dövlətləri və hökumət nümayəndələrini dünyada baş verən siyasi,iqtisadi və sosial vəziyyətləri aradan qaldırmaq üçün əməkdaşlığa çağırıb. 
 
Ümumilikdə Davosa 2,7 mindən çox iştirakçının gələcəyi gözlənilir. Bu il forum üçün elan edilən 52 dövlət və hökumət başçısından 30-u Avropa ölkələrindən gələcək.

DİF-in açıqladığı dəvətlilərin siyahısına əsasən, Davosda prezidentlər səviyyəsində, o cümlədən Azərbaycan, Konqo Demokratik Respublikası, Moldova, Koreya Respublikası, Tanzaniya, Filippin, İsveçrə və Cənubi Afrika Respublikası, hökumət başçıları səviyyəsində - Belçika, Yunanıstan, İrlandiya, İspaniya, Hollandiya, Tunis və Finlandiya. Çin Baş nazirinin müavini Liu He Pekindən gələcək. ABŞ nümayəndə heyətinə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri başçılıq edir. Forumda BMT-nin Baş katibi Antonio Quterreş çıxış edəcək və BVF, ÜTT, Ümumdünya Səhiyyə Təşkilatı, BQXK, NATO və bir sıra digər strukturların rəhbərləri də açıqlanıb. Davosda 1500-dən çox biznes nümayəndəsi, o cümlədən maliyyə xidmətləri, enerji, maddi istehsal və infrastruktur, informasiya və kommunikasiya texnologiyaları kimi sektorlardan 600-dən çox şirkət rəhbərləri də gözləyir.
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol