Azərbaycanda yeni doğulan körpə xəstəxanada ölüb

Gəncə yeni doğulmuş uşaq ölüb. Hadisə yanvarın 15 də Gəncə şəhər Regional Perinatal Mərkəzində qeydə alınıb.
Belə ki, Qazax rayon Çaylı kənd sakini 1987-ci il təvəllüdlü Rəfiqə Xudai yanvarın 12-də mərkəzə yerləşdirilib. Qadın elə həmin gün mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib, 3 gün sonra körpə ölüb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Perinatal Mərkəzin rəhbəri Sevda Huseynova bildirib ki, uşaq yarımçıq doğulub. Uşağın 2 kq 200 qram çəkisi olub.
İlkin məlumta görə, körpədə beyin daxilində qan sızma olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























