• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir Tofiq Yaqublunun oğluna medal verib - FOTO

Baş nazir Tofiq Yaqublunun oğluna medal verib - FOTO
16.01.2023 15:35
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "facebook" hesabında paylaşıb.
 
O, bildirib ki, hazırda Amerikada yaşayan qardaşının adından medalı ona verilib.

"Bu gün mənin üçün çox qürurlu və şərəfli gündür. Qardaşım Rehim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub və bu medalı qardaşım adına almaq bu gün mənə nəsib oldu. Qardaşımı bu münasibətlə təbrik edirəm və onunla qürur duyuram. Qazi qızı olmaq necə şərəflidirsə, qazi bacısı olmaq da elə şərəflidir. Çox təəssüf ki, bu sevinci bütün əsgər ailələri yaşamadı. Ancaq biz hər şəhid ailəsinin acısını öz acımız kimi hiss edirdik. Onlar qədər olmasa da çox üzüldük ",- Nigar Həzi yazıb.
 
Baş nazir Əli Əsədovun imzası ilə medal və medalın vəsiqəsi ailəyə təqdim olunub.
 
Yanvarın 5-də Tofiq Yaqublu həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan sonra, həyat yoldaşı Maya Yaqublu da ona dəstək məqsədi ilə yanvarın 7-dən ona qoşulub. 

Yaqubluya dəstək olmaq məqsədi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 8 üzvü də aclıq aksiyasına başlayıb. 

Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
 
Aytac Zeynalova
 
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol