• $
  • €
  • ₽
  • ₺
  • £

Moldovada yeni növ koronavirusa ilk yoluxma halı aşkarlanıb

Moldovada yeni növ koronavirusa ilk yoluxma halı aşkarlanıb
17.01.2023 14:56
Moldovada yeni növ "kraken" (XBB.1.5) koronavirusuna ilk yoluxma halları təsdiqlənib. Bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kişinyovdan olan iki kişidə və Dubosardan olan bir qadında yeni növ koronavirus aşkarlanıb.

Agentlik nümayəndələri vətəndaşlara xəstəliyin ilk əlamətləri görünəndə dərhal həkimə müraciət etməyi, əllərini tez-tez yumağı, insanların çox olduğu yerlərdən uzaq durmağı, ictimai nəqliyyatda və bağlı ictimai yerlərdə maska ​​taxmağı, koronavirusa qarşı peyvənd olunmağı tövsiyə edib.

Agentliyin məlumatına görə, yeni növ koronavirusun yayılma sürətinin artması çox güman ki, "kraken"in immunitet sisteminin müdafiəsindən yayınma qabiliyyəti ilə bağlıdır və yaradılmış peyvəndlərin əksəriyyəti buna cavab verməyə bilər.

Kraken ilk dəfə 2022 ci il oktyabrın 22- də ABŞ-da müəyyən edilib.  Virus dünyanın 30 ölkəsində aşkarlanıb. ABŞ, Avropa və Çində aktiv şəkildə görünən koronavirusun yeni ştamının əvvəlkilərdən daha sürətli yayılması narahatlıq doğurur.
 
Mütəxəssislər bu virusun peyvənd edilənlər arasında daha az yayıldığını bildirirlər. XBB.1.5-in əlamətləri yüksək hərarət, titrətmə, öskürək, nəfəs almaqda çətinlik, baş, boğaz və əzələ ağrıları, burun tıxanıqlığı, dad və ya qoxu itkisidir.
 
 
Dünyada COVID-19-a yoluxanların sayında artım müşahidə edilsə də, Azərbaycanda  vəziyyət stabildir. Bəzi ölkələrdə sürətlə yayılan Omikron ştamının altvariantı olan Krakenə Azərbaycanda hələlik rast gəlinməyib.
 
Ölkəyə koronavirusun bütün ştamlarını, o cümlədən Krakeni aşkarlaya bilən 450 ədəd test gətirilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mediaya məlumat verib.

Digər ştamlarda olduğu kimi, XXB.1.5-dən də qorunma yolları eynidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən Azərbaycanda xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunsa da, dünyadakı epidemioloji vəziyyəti nəzərə alaraq mütəxəssislər qapalı məkanlarda və insanların sıx toplaşdığı yerlərdə tibbi maskadan istifadəni, gündəlik gigiyena qaydalarına əməl etməyi tövsiyə olunub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2022-ci ilin yanvar-noyabrında  ölkədə 17,6 milyon ədəd maska istehsal edilib. Hazırda Azərbaycanda olan maska ehtiyatı 5,7 milyon ədəddir.

Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol