Hikmət Hacıyev israilli diplomatlarla müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkan ilə görüşüb.
Hikmət Hacıyev bu barədə tviterdə paylaşım edib.
"Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”.
Hokmət Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























