• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunsuz balıq ovlayanlar saxlanılıb

Qanunsuz balıq ovlayanlar saxlanılıb
18.01.2023 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mil-Qarabağ kollektorunda, Şəmkir və Mingəçevir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı brakonyerlərin Ağcabədi rayon sakinləri Adəm Hüseynov və Murad Məmmədov, Xaçmaz rayon sakini Rahim Əliyev, Mingəçevir şəhər sakini Teymur Kərimov, Salyan rayon sakini Cavid Cəfərov, Şirvan şəhər sakini Güləhməd Əhmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb.
 
"Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazilərində, nəzərdə tutulmayan yerlərdə ov etdiklərinə və qaydaları pozduqlarına görə, Bərdə rayon sakinləri Aqşin Səfərov və Mənsur Babaşov, Bakı şəhər sakini Azad Azadov, Xaçmaz rayon sakinləri Slavik Eyvazov, Arzu Qurbanov və Taleh Sənanoğlu saxlanılıb.Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
 
B.Məhəmmədov ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə, ovçu məsuliyyəti kimi dəyərləri unutmamağa, balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən çəkinməyə, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoymağa və sivil qaydalarla ov etməyə çağırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol