• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Prezident “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
18.01.2023 12:51
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

Görüşdə "Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışılıb.

Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirildi. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparıldı.

Rafik Hanbali "Kromatix SA" şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verdi. Pilot layihə kimi "Kromatix SA” şirkətinin Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı həyata keçirməyi planlaşdırdığı layihənin önəmi qeyd edildi. Gələcəkdə bunun digər məktəblərdə də tətbiq olunmasının nəzərdə tutulduğu vurğulandı.

Dövlətimizin başçısı şirkətin Azərbaycanda planlaşdırdığı layihələri dəstəkləyərək, ölkəmizdə iqtisadi inkişaf imkanları, daxili bazara və bölgədəki digər bazarlara çıxış üçün mövcud şərait barədə məlumat verdi.

Görüşdə "Kromatix SA” şirkəti ilə Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın təməlinin qoyulduğu bildirildi.

Prezident İlham Əliyev "Kromatix SA” şirkətinin rəhbərini Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

*******
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol