Polisləri söyən şəxsin saçını kim kəsib? - Rəsmi

TikTok sosial şəbəkəsində canlı yayım açaraq Daxili İşlər Nazirliyini söydüyünü iddia edilən şəxsin saçları kəsilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
TikTokda həmin şəxs saxlanıldıqdan sonra onun saçları qırxılmış formada fotoları çəkilib. Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi məlum deyil.
İddiaya görə, gəncin saçları polis əməkdaşları tərəfindən çəkilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirir ki, görüntülər polisin inzibati binasında çəkilməyib.
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir, məsələ araşdırılır",- Nurlan Əliyev vurğulayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























