Bakıda pakistanlı qaçqın qarət edilib

Bakıda Pakistan vətəndaşı qarət edilib.Xətai rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə aprelin 2-də Xətai rayonu M.Hadi küçəsində qeydə alınıb. Naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























