• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi
18.01.2023 19:46
Ölkənin lider mobil operatoru "Ulduz tərəfdaş” mükafatına layiq görüldü


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 2022-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə "Azercell Telekom” MMC-nin Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı qismində göstərdiyi dəstək xüsusi qeyd olunub. Bu əməkdaşlıq sayəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, ölkənin lider mobil operatoru MPK tərəfindən "Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub. 


2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən komitə 10 illik yubileyi münasibətilə 2023-cü ildə Bakı və regionlarda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub. 


"Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə bütün uşaqların fiziki sağlamlığı və inkişafının bərabər şəkildə təmin olunmasına öz töhfəsini verir.









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol