Azərbaycanda daha 4 rayona onlayn bilet almaq mümkün olacaq

Azərbaycanda vətəndaşlar daha 4 istiqamət üzrə onlayn bilet ala biləcək, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, bundan sonra Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet almaq mümkün olacaq.
Bundan əvvəl, ölkədə 13 istiqamət üzrə marştut avtobuslarına bilet almaq mümkün idi. Hazırda bu rəqəm 17-yə çatdırılıb.
Vətəndaşlar biletləri onlayn qaydada "biletim.az" portalına daxil olmaqla və ya "biletim" mobil tətbiqini yülkəməklə əldə edə bilərlər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























