• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada ermənilərin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxdı

Suriyada ermənilərin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxdı
03.04.2014 18:45

Suriyada Kesab şəhərinin erməni əhalisinin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb.

 

APA-nın “Vesti Kavkaza” saytına istinadən verdiyi məlumata görə, şəhər meri Vazgen Çaparyan bəyan edib ki, Kesab ələ keçirilən zaman mülki əhali arasında ölüm halları qeydə alınmayıb.

 

O qeyd edib ki, şəhərdə heç vaxt hərbi obyektlər və özünümüdafiə batalyonları olmayıb.

 

V.Çaparyan 40 nəfərin itkin düşməsi haqda xəbərləri də təkzib edib. Onun sözlərinə görə, şəhərdə 38 nəfər yaşlı adam qalıb və onlar hazırda 700 ailənin köçdüyü Latakiya bölgəsinə təxliyə olunur.

 

Beləliklə, bəzi KİV-lərin Suriyada bir şəhərin ələ keçirilməsi faktını “erməni soyqırımı” kimi təqdim etmək cəhdləri boşa çıxıb. Bu isə ermənilərin Türkiyəni cəzalandırmaq tələblərinin əsassız olduğunu üzə çıxarıb.

 

Qeyd edək ki, ötən həftə İrəvanda bəzi qurumların fəalları BMT nümayəndəliyinə məktub təqdim edib. Həmin məktubda Türkiyə ermənilərin kompakt yaşadığı Kesab şəhərinə hücumu təşkil etməkdə günahlandırılıb və onun cəzalandırılması istənilib. 

 

Onu də bildirək ki, “YouTube”də yayılmış videoçarxda yer alan kadrlarda Kesabın dinc sakinləri deyil, Suriya ordusunun əsir götürülmüş əsgərləri göstərilib. Video silahlılar Latakiyanı ələ keçirməzdən bir gün əvvəl çəkilib. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol