• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirlər keçirilib

ASAP tərəfindən xarici ölkələrdə 20 Yanvar faciəsi ilə əlaqədar silsilə anım tədbirlər keçirilib
21.01.2023 23:03
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Almaniya, Polşa və Macarıstanda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə anım günü tədbirləri keçirilib.

Tədbirlərdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
Türkiyənin Yalova şəhərinin mərkəzi meydanında  bu şəhərdə olan ASAP nümayəndələri tərəfindən 20 Yanvar şəhidlərimizin fotolarından ibarət foto-sərgi açılıb. İnformativ sərgidə iştirak edənlərə 20 Yanvar faciəsi haqqında məlumat verilib, onların ruhlarına ehtiram əlaməti olaraq  şamlar yandırılıb.

Almaniyanın Köln şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evində, Macarıstanın Budapeşt şəhərindəki Azərbaycan Evində və Polşanın Poznan şəhərində azərbaycanlı tələbə və məzunların iştirakı ilə bu şəhərlərdə olan ASAP nümayəndəlikləri tərəfindən  "Qara Yanvar” filmi nümayiş olunub və bədii proqram keçirilib. 

Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik mübarizəsində ən şərəfli səhifələrdən  biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 147 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz şəkildə həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. 
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev həmin günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu cinayətə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Sonradan xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında "Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğıları daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol