Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinini əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Saipa” markalı avtomobilin sürücüsü Soltanəli Məcidov və "VAZ-2107”nin sürücüsü Rəvan Qədirov törətdikləri qayda pozuntularına görə yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan onların tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasın həmin şəxslərin marixuanadan istifaddə etdikləri sübuta yetirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























