Xəzər sahilində ölü tapılan suitlərində virus aşkarlanmayıb

Azərbaycanlı mütəxəssislər dekabrda Xəzər sahilində tapılan ölü suitilərə baxış keçirərkən yoluxucu xəstəliklərin törədiciləri aşkar etməyiblər. Bu barədə bazar ertəsi Respublika Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib.
"Bir müddət əvvəl Xəzər dənizinin sahillərində qalıqları aşkar edilən suitilərin tələf olma səbəblərinin öyrənilməsi məqsədilə ABPP, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Patoloji nümunələri götürülüb. Material agentliyin müvafiq laboratoriyasında müayinə olunub. Aparılan araşdırmalar nəticəsində yoluxucu xəstəliklərin törədiciləri aşkar edilməyib”, - məlumatda deyilir.
ABPP-dən verilən məlumata görə, monitorinqlər Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinin sahilboyu zonalarında, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonlarında aparılıb.
Dekabrın əvvəlində Azərbaycanın Ekologiya Nazirliyi Xəzər dənizinin sahilində 17 ölü suiti aşkarlanması barədə məlumat yayıb.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib