• $
  • €
  • ₽
  • ₺
  • £

Əli İnsanov Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdi

Əli İnsanov Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdi
03.04.2014 17:40
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edib.Bunu APA-ya açıqlamasında Ə. İnsanovun vəkili Toğrul Babayev deyib. T. Babayevin sözlərinə görə, Ə. İnsanov barəsində Bakı Apellyasiya Məhkəməsində qərar bir aydan çoxdur, qəbul olunub: “Onun barəsində məhkəmə qərarı olmasına baxmayaraq etap olunmur. Uzun müddətdir, istintaq təcridxanasında saxlanılır. Onun işi ilə bağlı məhkəmə prosesi bitdiyindən cəzaçəkmə müəssisəsinə etap olunmalıdır. Əli İnsanov ərizəsində etap olunmasını xahiş edib”. Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi isə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Xatırladaq ki, AİHM Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarını təmin edib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da əksini tapıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol