• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA sahibkarlara müraciət edib

AQTA sahibkarlara müraciət edib
24.01.2023 20:30
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edib.

Qurumdan bildirilib ki, yanvarın 1-dən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında” qanunda yer alan tələblərdən biri də qida məhsullarının etiket məlumatları ilə bağlıdır.

Qeyd olunub ki, qanuna əsasən, qida məhsullarının üzərində "müalicəvi” adının yazılması qadağandır.

"Qida məhsullarının etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi "Qida təhlükəsizliyi haqqında” Qanunla qadağan edilib. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr göstərir ki, məhsul istehlaka təqdim edilərkən müxtəlif marketinq alətlərindən, markalanma metodlarından istifadə olunur, bu da bəzi pozuntu hallarına gətirib çıxarır. Məsələn, süd məhsulunda kalsium olduğu halda bu maddənin mövcudluğunu xüsusi qabartmaqla və ya müxtəlif qablaşdırılmış sularda mövcud olan maqneziumun və digər mineralların olmasını xüsusi hal kimi qeyd etməklə məhsul istehlakçıya təqdim olunur.

Təəssüflə qeyd edirik ki, satış bazarında eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilir və bu metod məlumatlı olmayan istehlakçının qərar verməsində təsiredici amilə çevrilir. Qanunla əgər bir qida məhsulunun tərkibi hansısa bir maddələrdən ibarətdirsə, o hal qabardılmış formada ifadə edilməməlidir", - agentlikdən bildirilib.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, bu qayda 2023-cü il 1 yanvar tarixindən sonra istehsal olunan məhsullara şamil edilir. Belə məhsulların yeni qanunun tələblərinə uyğun etiketlənməsi təmin edilməlidir.

Bundan başqa, Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

Agentlik tərəfindən yeni qanunun icrası ilə bağlı aparılan yoxlama-nəzarət tədbirləri etiket məlumatları ilə bağlı uyğunsuzluqların mövcudluğunu üzə çıxarıb. Bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edərək, xidmətlərini qanunun tələblərinə uyğun qurmağa səsləyirik.

İstehlakçılar isə qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın "1003 – Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol