Vəzifəli şəxslərin istintaqı başa çatdı

Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi, hazırda ev dustaqlığında olan Rəşad Şükürov və keçmiş icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.
Növbəti proses fevralın 6-na təyin edilib.
Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunsa da, həmin şəxslər sonradan ev dustaqlığına buraxılıblar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib