31 Mart soyqırımı ilə bağlı yenilik: SAYT AÇILDI - FOTO

1918-ci il 31 mart soyqırımı ilə bağlı yeni saytın (www.1918pogroms.com) təqdimat mərasimi keçirilib.ANN.Az-ın məlumatına görə, saytın təsisçisi olan “Hacızadə” şirkətinin baş direktoru Əli Hacızadə bildirib ki, sayt 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının azərbaycanlılara qarşı zorakılığın və talanların araşdırılması məqsədilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında hazırlanıb: “Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Saytda həmçinin tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən də istifadə olunub. Sayt xalqımıza qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması istiqamətində çox böyük əhəmiyyətə malikdir. Burada mart hadisələrinə aid tarixi faktlar, fotolar, şahid ifadələri əksini tapıb”. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında deyib ki, sayt komissiyanın soyqırımla bağlı bütün sənədləri dünya ictimaiyyətinə təqdim etməklə, tarixi missiyanı başa çatdırır: “Yəni 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının görə bilmədiyi işi, bu gün Azərbaycan dövləti orqanları və gənclər həyata keçirir. Hesab edirəm ki, bu saytın yaradılması Azərbaycanın uğurudur”. Millət vəkili Musa Qasımlı, AMEA Tarix İnstitunun Qafqaz tarixi şöbəsinin müdiri, t.e.d. İradə Bağırova, AMEA Şərqşünaslıq İnstitunun direktor müavini, t.e.d. Şahin Mustafayev və tədbirin digər iştirakçıları saytın tarixi həqiqətlərin üzə çıxarılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.Sonda o da qeyd olunub ki, sayt iki dildə fəaliyyətə başlasa da, yaxın dildə beş dilə qədər genişlənəcək.SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























