• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə vəhhabi və nurçulara qarşı birgə mübarizəyə çağırdı

Allahşükür Paşazadə vəhhabi və nurçulara qarşı birgə mübarizəyə çağırdı
03.04.2014 15:11
 “Bəzi qüvvələrin tolerantlığımıza, bərabərliyimizə, din-dövlət münasibətlərinə zərbə vurmaq, eyni zamanda dövlətimizi zəiflətmək və dövlətə mənəvi cəhətdən təcavüz etmək imkanlarının yarandığını hiss edirəm .Bu təcavüzlər həm ölkənin cənub, həm də şimal bölgəsində öz təsirini göstərir. Son vaxtlar isə bu hallar daha çox şimal bölgəsində müşahidə olunur”. APA-nın şimal bürosunun məlumatına görə, bunu Quba rayonunda din xadimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. QMİ sədri Suriyaya döyüşməyə gedənlər haqqında da danışıb. O bildirib ki, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bəzi vətəndaşlarımızın səsi Suriyadan gəlir: “Onların orda qanları axıdılır. Bəzən onları şəhid adlandırırlar. Bu düzgün deyil. Din adamı öncə öz ailəsini və torpağını qorumalıdır”. A. Paşazadə Azərbaycan Respublikasının qanunlarına əməl etməyən dindarlara qarşı birgə mübarizə aparmağın vacibliyini bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti dindar insanlar üçün hər cür şərait yaradıb: “Yeni-yeni məscidlər tikilir və bu iş davam etdirilir. Təkcə məscidlər deyil, digər dinlərin nümayəndələri üçün eyni şərait yaradılıb. Bu gün özünü vəhhabi, nurçu və təkfirçi adlandıran şəxslər öz siyasətlərini Azərbaycan dövlətçiliyinə qarşı aparmamalıdır. Hər bir dövlətin öz qayda-qanunu var. Əgər bu insanlar dövlətin qanununu qəbul eləmirlərsə, onlara qarşı birlikdə mübarizə aparmalıyıq. Bununla mübarizə aparmaq tək mollaların işi deyil, hamı bu yolda bir olmalıdır”. QMİ sədri kənar qüvvələrin Qubada təxribat törətmək niyyətlərinin baş tutmayacağını da bəyan edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol