Mövsümə görə uşaqlarda yayılan virusların kəskin dövrü ilk 2-3 gündür- EKSPERT

Uşaqlarda mövsümlə əlaqədar yayılan virusların başlanmasından sonrakı ilk 2-3 gün kəskin dövr sayılır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
"Belə viruslar qızdırmadan başlayır və qızdırmanın salınması üçün öncəliklə bilinən qızdırma dərmanlarından istifadə olunmalı, effektiv olmasa həkimə müraciət olunmalıdır. Əsas olaraq isə, mayedən çox istifadə etmək lazımdır”, - ekspert bildirib.
Əkbər Quliyev qeyd edib ki, uşaqlar arasında yayılan bu viruslar boğaz ağrısı, burun axması, davamlı öskürəklə müşahidə olunur.
"Payız-qış mövsümündə daha çox 6-7 yaşlıların virusa yoluxması müşahidə olunur. İmmunitetin gücləndirilməsi üçün sağlam həyat tərzi, sağlam qidalanma, yuxu rejiminə diqqət, narahatlıq hiss etdikdə topluma çıxmamaq məsləhət görülür”, - Əkbər Quliyev deyib.
Lida
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib