2022-ci il mehmanxanalarda gecələmələrin sayı 1,5 dəfə artıb

2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
www.anews.az
Ötən il, mehmanxanalarda gecələmələrin sayı, ümumilikdə, 2647,1 min olub.
Gecələmələrin yarıdan çoxu- 55,1 faizi Bakıda qeydə alınıb.
Gecələmələrin 6,5 faizi Qəbələdə, 5,8 faizi Qubada, 4,9 faizi Xaçmazda, 4,1 faizi Qusarda, 3,8 faizi Şabranda, 3,6 faizi Lənkəranda, 3,2 faizi Naftalanda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi İsmayıllıda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Qaxda, 0,8 faizi Gəncədə, 0,7 faizi Şuşada, 0,7 faizi Masallıda və 5,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə müşahidə olunub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı, ümumi sayın 52,7 faizini təşkil edib.
Bu, 2021-ci illə müqayisədə 3,4 dəfə artım deməkdir. Artımdan sonra, ötən il əcnəbilərin gecələmələrinin ümumi sayı 1394,1 min olub.
Lida
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























