2022-ci il Azərbaycanda neçə cinayət törədilib? - RƏSMİ

Azərbaycanda 2022-ci il 36.494 cinayət qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə 5. 363 min çox cinayət hadisədir. Bunu Baş prokuror Kamran Əliyev 2022-ci ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, həmin cinayətlərin 88.2%-nin açılması təmin olunub.
"Ötən illərdən bağlı qalan 17 cinayətin üstü açılıb. Həmin cinayətlərdən 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə məhkəmələrə göndərilib,digərləri üzrə tədbirlər davam etdirilir" - Əliyev deyib.
Baş Prokuror iclasda iki il ərzində 27 qəsdən adam öldürmə cinayətinin üstünün açılmasını da açıqlayıb. Qeyd edib ki, onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılmış, digərləri məhkəmə baxışındadır.
2021-ci il cinayət hadisələri üzrə ilk üç yeri 12 min 162 hadisə (39.1 faiz) olmaqla ictimai təhlükəsizlik və ictimai qayda pozuntuları, 11 min 840 hadisə (38 faiz) olmaqla iqtisadi sahədəki qanunsuzluqlar, 5 min 444 hadisə (17.5 faiz) olmaqla şəxsiyyət əleyhinə olan cinayətlər tutur. 1 min 652 hadisə dövlət hakimiyyəti əleyhinə olan cinayətlər (onlardan 458-i korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdir), 33-ü isə digər qanunsuz olaylar tutub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























